Pərvizdən vətənpərvər kompozisiya - Audio

Pərvizdən vətənpərvər kompozisiya -  Audio
1619 dəfə oxunub
  • A-
  • A
  • A+
Bəstəkar Pərviz Mahmudov yeni vətənpərvər mahnıya  imza atıb.

Axşam.az xəbər verir ki, müğənni İlahə İbadovanın ifasında səslənən “Azərbaycan” kompozisiyası artıq radio dalğalarında eşidilir. Mahnının sözləri İsmayıl Dadaşova məxsusdur.

P. Mahmudov bildirib ki, vətənpərvər mövzulu mahnılar silsiləsini davam etdirəcək:

“İlahə İbadova xalq mahnıları və mahnı janrında  uğurlu ifasıyla seçilən müğənnidir. Hər zaman pop mahnılar bəstəkarı kimi tanınmışam. Bu janrdakı mahnımın da uğurlu olmasını istərdim. Vətənimizi çox sevirəm. Azəri övladı olduğum üçün hər zaman fəxr edirəm. Azərbaycanın günü-gündən inkişafını görmək məni yaradıcı insan kimi ilhamlandırır. Vətənpərvər mövzuda mahnıların davamı olacaq. Bununla bağlı çox gözəl ideyalarımız var. Yaradıcı komandamızla artıq bu planlar üzərində işləyirik”.