Təəssüratlarını Axşam.az-la bölüşən rejissor ilk təbriki xanımından aldığını deyib.
O bildirib ki, 41 yaşı tamam olur:
“Həmişə olduğu kimi indi də ilk təbriki həyat yoldaşımdan aldım. Böyük ad günü etməyi düşünmürəm. Ailəmlə birlikdə olacam. Yaxınlarımdan çoxlu təbrik alıram. Bu da məni sevindirir. İnsan özəl günündə diqqət görmək istəyir”.