Səbinədən “Ey Azərbaycanım” mahnısı - Video
Müğənni Səbinə Babayeva uzun müddətdir üzərində çalışdığı “Ey Azərbaycanım” mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstəkar Mikayıl Vəkilovun “Karvan” qrupu üçün yazdığı mahnı sənətçinin ifasında maraqla qarşılanıb. S. Babayeva mahnıya 3D qrafikası ilə klip də çəkdirib. Rejissorluğunu Vüqar İslamzadənin etdiyi ekran işi oktyabrın sonunda təqdim olunacaq.