"Bunları etsəm, çox xoşbəxt olaram" - Elvin+fotolar

"Bunları etsəm, çox xoşbəxt olaram" -  Elvin+fotolar
1888 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elvin Abdullayev Dənizkənarı Milli Parkda fotokameramız qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, “Lider” telekanalının yeni il çəkilişində səhnəyə çıxan ifaçı 2017-ci ilə olan planlarından bəhs edib.

O bildirib ki, qarşıdan gələn ildə iki böyük layihə gerçəkləşdirmək istəyir:

“Bu layihələrimi dövlət xətti ilə gerçəklədirməyi planlaşdırıram. Bu iki layihəni etsəm, çox xoşbəxt olaram. Biri həmrəyliklə, digəri isə Azərbaycanın bölgələri ilə bağlıdır. Əgər hər ikisini planlaşdırdığım kimi reallaşdıra bilsəm, inanıram ki, böyük marağa səbəb olacaq. Buradan da Gənclər və İdman Nazirliyi, Mədəiyyət və Turzim Nazirliyinə müraciət edirəm, bizə dəstək olmalarını xahiş edirəm. Bu işdə əməkdar və xalq artistləri ilə bir araya gələcəm. Layihədə hər gün efirləri zəbt edənlər olmayacaq”.

Foto: Ramin ASLANOV