Toy günü elə xəbər eşitdi ki... - fotolar

Toy günü elə xəbər eşitdi ki... - fotolar
13029 dəfə oxunub
  • A-
  • A
  • A+

Argentinalı futbolçu Karlos Tevez 13 yaşından sevgili olduğu qızla evlənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “Boca Juniors”da forma geyinən 32 yaşlı Karlosun məktəbdə aşiq olduğu xanımla toyu Uruqvayda baş tutub.

Dəbdəbəli mərasimə tanınmış futbolçular, məşhur müğənnilər və Argentina prezidenti Mauricio Macri də qatılıb.

Toy zamanı xəbər gəlib ki, futbolçunun Argentinanın paytaxtı Buenos Ayresdə yerləşən evinə soyğunçular girib. Hadisəyə görə, cütlük toydan dərhal sonra Buenos Ayresə uçub.

Polislər hadisənin kim tərəfindən törədilməsi ilə bağlı araşdırmalar aparır.