Müğənni Nilufər Beykoz Acarkentdeki 4 mərtəbəli villasının qapılarını "Instyle Home" jurnalına açıb.
Axşam.az-ın məlumatına görə, o, burada qızı Ayşe Nazlı, 11 pişiyi və iki iti ilə yaşayır. Sənətçi "Burada qızım, pişiklərim və itimlə rahat bir həyat qurmuşuq" deyib.
O, İstanbulun Acarkent səmtini sevdiyini bildirib:
"Hər şey əlimin altındadır. Şəhərə getmədən çox işimi buradan görə bilirəm. Havası təmizdir, yaşıllıqlar içindədir. Ən əsası qızımın məktəbinə yaxındır".
Nilufər 2015-ci ildə dünyasını dəyişən həmkarı və dostu Kayahanın pianosunu da evində saxlayıb.