Demet Akalın hamamda klip çəkdirdi - fotolar

Demet Akalın hamamda klip çəkdirdi - fotolar
4460 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin "Pop kraliçası" sayılan müğənni Demet Akalın "Ah ulan sevda" mahnısına klip çəkdirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, klipin çəkilişləri Çağaoğlu hamamında baş tutub. 8 peşəkar rəqqas və 60 aktrisanın yer aldığı klip barədə danışan müğənni bunları söyləyib:

"Yeni ili yeni kliplə salamlayaq dedik. Film dadında bir klip çəkdik, ürəyimcə olan bir işə imza atdıq".

Qeyd edək ki, müğənni yeni il gecəsi öncə Bakıda, daha sonra isə İstanbulda səhnəyə çıxacaq.