“Evdəkilərə salam” verilişi əməkdar artist Mətanət İsgəndərlinin evində qonaq olub.
Axşam.az-ın məlumatına görə, müğənni nəvələri, gəlini və oğlu ilə kamera qarşısına keçib.
Oğlu Kərimdən danışan M.İsgəndərli bunları deyib:
“Kərim övladımdır, amma ona tez-tez əsəbiləşirəm. Nəvələrimə əl qaldıranda hirslənir, onunla dalaşıram. Mən uşaq döyməyin əleyhinəyəm, onları başa salmaq lazımdır. Buna görə də səbrli olmalısan".