Bakıda "Manor" İstirahət Kompleksi açıldı - fotolar

Bakıda "Manor" İstirahət Kompleksi açıldı -  fotolar
2944 dəfə oxunub
  • A-
  • A
  • A+

Paytaxtımızda "Manor" İstirahət Kompleksinin təqdimat mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, məkanın ötən gün baş tutan açılış mərasimində bir çox tanınmış simalar da iştirak ediblər. Onlar mərkəzi gəzib, buranı çox bəyəndiklərini vurğulayıblar.

“Manor” Kompleksinin sahibi Ələddin Dünyamalıyev bildirib ki, məkan digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir:

“Bizim məkanda tək otel yox, restoran, pub klub, SPA mərkəzi qonaqlarımıza 24 saat xidmət göstərir. Həmçinin yaxın gələcəkdə kompleksimizdə "Fitness" və "Tea House" xidmətləri müştərilərimizə təqdim ediləcəkdir. Hər bir müştəri burada yüksək səviyyəli xidmət görəcək. Qonaqlar istəsələr, kompleksin ərazisində yerləşən xüsusi koteclərdə də şam və nahar edə bilərlər. Xaricdən gələn qonaqlara hava limanından pulsuz qarşılanma və transfer xidmətləri göstəriləcək. Məkanımızda keçirdikləri anlar qonaqlarımız üçün əsl istirahət olacaq".

“Manor" İstirahət Kompleksinin böyük zalında nişan, xına mərasimləri, açılış tədbirləri də təşkil olunur.

Zövqlə dizayn edilmiş qonaq otağı və Syutlər sürətli internetlə təchiz olunub. Tam professional işçi heyəti qonaqların rahatlığı və istirahətini unudulmaz etmək üçün yüksək səviyyədə xidmət göstərir.

“Manor” İstirahət Kompleksi dincəlməyiniz üçün seçəcəyiniz ən mükəmməl məkanlardandır.

Ünvan: Şamil Kamilov 7, Bakıxanov qəsəbəsi

Tel.: (012) 565 94 99

E-mail: [email protected]

www.manor.az