Faiq Ağayevin konsertində nələr baş verdi? - fotolar

Faiq Ağayevin konsertində nələr baş verdi? -  fotolar
3322 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında planlaşdırdığı "Made in Azerbaijan" adlı ikigünlük solo konserti ötən gün başlayıb.
 
Axşam.az-ın məlumatına görə, tədbirin ilk günü müğənninin ad gününə təsadüf edib.

Səhnəyə rəqqaslarla çıxan F.Ağayev ilk olaraq “Yalan deyil” mahnısını səsləndirib. Daha sonra tamaşaçıları salamlayan müğənni anası Səfiyyə xanımın da onu dinləməyə gələnlər arasında olduğunu bildirib:

“Anam Hacı xanım burdadır. Hamı deyir ki, necə belə yaraşıqlısan? Gözəlliyi anamdan götürmüşəm”.

Müğənnin səhnə dekoru da fərqliliyi ilə diqqət çəkib. “Hamınız Youtube-u izləyirsiniz. Girib orada dünya ulduzlarının konsertlərindən görüntülərə baxın. Bütün məşhur müğənnilərin səhnə dekoru bu formadadır, yalnız monitorlardan ibarətdir” deyə, F.Ağayev bildirib.

Konsert zamanı ifaçının kliplərindən görüntülər nümayiş olunub. Daha sonra isə aparıcı Afaq Gəncəlinin F.Ağayevlə etdiyi müsahibə göstərilib. müğənni gecədə tamaşaçılarla söhbət edib, zarafatları ilə diqqət çəkib. Sevənləri F.Ağayevi hədiyyə yağışına tutub.

Yeni və sevilən mahnılarını fərqli aranjimanda təqdim edən F.Ağayev sonda himnimizi səsləndirib.

Foto: Ramin ASLANOV