"Eurovision 2017" təmsilçimiz media nümayəndələri ilə görüşdü - fotolar

"Eurovision 2017" təmsilçimiz media nümayəndələri ilə görüşdü -  fotolar
3123 dəfə oxunub
  • A-
  • A
  • A+

Ölkəmizi “Eurovision 2017” mahnı müsabiqəsində təmsil edəcək Diana Hacıyeva media nümayəndələri ilə görüşüb.

Axşam.az xəbər verir ki, ifaçı solisti olduğu “Dihaj” qrupu ilə yeni klipini təqdim edib.

D.Hacıyeva jurnalistlərin suallarını cavablandırıb. Yeni ekran işindən danışan müğənni bildirib ki, mahnının sözləri Uran, musiqisini Dihaj yazıb:

"Qrupumuzda üç nəfər fəaliyyət göstərir. Klip üzərində böyük komanda işləyib. Hətta Gürcüstandan yaradıcı heyət də gətirmişik. Ekran əsərində Fuad Həsənov və İbrahim İbrahimovun böyük əziyyəti olub. Onlar mənə rep oxumağı öyrədiblər.

İnsanlar sevgini fərqli formada yaşayır. Klipdə əsas məqsədimiz odur ki, insan özünə xəyanət etməsin və heç kimi mühakimə etməsin. Belə bir söz var, “Mühakimə etmə ki, mühakimə olunmayasan”. Bu söz Azərbaycana aid deyil, ümumi dünyada baş verən hadisələrə aiddir. Qrupumuz Yeni ildən sonra da fəaliyyətinə davam edəcək".

Diana "Eurovision" müsabiqəsinə qatılmasından bəhs edib:

"Yarışmaya hazırlaşdığım üçün qrupumuzla işləyə bilməyəcəyəm. Müsabiqədən sonra işbirliyimizə yenidən davam edəcəyik"