Xəbər verdiyimiz kimi, müğənni Şahin türkiyəli rejiissordan və bəstəkardan iş birliyi təklifi almışdı.
Axşam.az-ın məlumatına görə, ifaçı serial təklifini hələ düşündüyün deyib:
"Serial təklifini qəbul etsəm, Türkiyədə köçüb yaşamalıyam".
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada sənəti fakültəsində ikinci kursda oxuyan Şahin bəstəkarla işbirliyini qəbul edib.
Bəstəkarın ona hədiyyə etdiyi ilk sinql “Efsane aşk “ adlanır.
Musiqisi Vehbi Can, sözləri Alper Yılmaza aid olan mahnının Şahin Azərbaycanda aranjiman olunmasını istəyib. Bu işi o, bəstəkar-aranjımançı Muxtar Abseynova həvalə etdiyini bildirib:
"Türkiyəli və azərbaycanlı musiqiçilərinin bir layihə üzərində birləşməsini istədim. Növbəti mahnılarımda həm qardaş Türkiyənin, həm də öz vətənimizin bəstəkar, aranjimançıları ilə işbirliyi planlarım var.
Hal-hazırda hər iki ölkədə olan işlərimi estrada sənəti üzrə müəllimim, həm də məsləhətçim, menecerim Gülnarə xanıma həvalə etmişəm. Arzular tükənməzdir, gələcəkdə konsert planlarım var. 2017 ci ildə xalqımıza can sağlığı, uğurlar, torpaqlarımızın geri qayıtmasını, sülh arzulayıram".