Fransalı aktyor Jerar Departye Buenos Ayresdə filmin sınaq çəkilişləri zamanı çətin anlar yaşayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, çəkiliş meydançasında havalandırma sisteminin xarab olması nəticəsində aktyor soyunmaq məcburiyyətində qalıb. İstiyə dözümü olmayan 64 yaşlı Jerar çəkilişlərə yarıçılpaq davam edib.
Tez-tez su içən və tərini silən Departye paparazzilərə tuş gəldiyini gördükdə deyib:
"Mən normal insanlar qədər su içmirəm. Çox içirəm. Günə 15 şüşə".