Məşhur cütlük toydan sonra ilk dəfə - fotolar

Məşhur cütlük toydan sonra ilk dəfə - fotolar
6035 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud aktrisası Marqo Robbi yenicə ailə qurduğu kinorejissor Tom Akerli ilə görüntülənib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük Los-Anceles hava limanında kameralara tuş gəlib.

Qeyd edək ki, Marqo və Tom ötən ayın ortalarında evləniblər. 25 yaşlı aktrisa toyunu gizli saxlayıb.
Cütlüyün toyunun Robbinin  vətəni Avstraliyada baş tutduğu bildirilib. Marqo rəsmi olaraq bu barədə açıqlama verməyib.

Robbi və Akerli bu ilin yayında nişanlanıblar.

Onu da xatırladaq ki, bir müddət əvvəl Marqonun adı aktyor Bred Pittlə hallanıb. Bəzi mənbələr Bredin Ancelina Colidən ayrılmasına səbəb kimi aktyorun Robbidən xoşlanmasını göstəriblər.