Hamının gözü qarşısında dalaşdılar - Boşanırlar

Hamının gözü qarşısında dalaşdılar - Boşanırlar
5425 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Nikol Kidmanla musiqiçi həyat yoldaşı Kit Urbanın boşanacağı ilə bağlı xəbərlər yayılıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il "Lion" filmindəki uğurlu roluna görə "Oskar"a namizəd olacağı gözlənilən aktrisa filmin Sidneydə təşkil olunan qala gecəsində iştirak edib. O, qırmızı xalı keçidindən dərhal sonra həyat yoldaşı ilə mübahisə etməyə başlayıb.

Diqqətdən yayınmayan bu hadisə isə məşhur cütlüyün boşanması ilə bağlı söz-söhbətin yaranmasına səbəb olub.

Qeyd edək ki, 10 ildir birlikdə yaşayan cütlüyün Feit və Sandi adlı iki uşağı var. Bir müddət əvvəl də onların ayrılacağı barədə şayiələr yayılmışdı. Hətta cütlüyün ayrı yaşadıqları da deyilir.