Türkiyənin məşhur radio aparıcısı, "Gezegen Mehmet" adı ilə tanınan Mehmet Akbay evlənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, sevgilisi Didem Özfiliz ilə nikah masasına oturub. Cütlük 600 nəfərlik toy etmək planlaşdırsa da, ölkədə baş verən terror hadisələrinə görə toyu ləğv edib.
Gecədə ikilinin ailəsi və yaxınları iştirak edib. Daha sonra müğənnilər Cengiz Kurtoğlu, Berkay, Hande Yener, Emel Müftüoğlu və Murad Dalkılıç sürpriz edərək cütlüyü təbrik etmək üçün gəliblər.