Dekabrın 25-də nikah masasına əyləşən Murad Yıldırım və İmane Elbani cütlüyü dünən axşam Arnavutköydə görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni evli cütlük aktrisa Sinem Öztürk və həyat yoldaşı Mustafa Uslu ilə birlikdə yemək yeyib. Çıxışda jurnalistlərin suallarını cavablandıran Murad "Niyə bal ayına getmədiniz" sualına belə cavab verib.
"Həyat yoldaşımın da, mənim də iş rejimimiz ağır idi. Bu səbəbdən çıxa bilmədik".
Yeni filmi "Ayla" haqqında da danışan M. Yıldırım, "Koreya müharibəsini görən bir balaca qızın həyatından bəhs edir", - deyə bildirib.