Britaniya şahzadəsi Harri ilə münasibətdə olan Hollivud ulduzu Meqan Merklın 2003-cü ildə çəkdirdiyi fotoları üzə çıxıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 2003-cü ildə rol aldığı "General Hospital" serialından dərhal sonra kamera qarşısına keçən ulduzun bu fotoları bu günə qədər gizli saxlanılıb. 14 il sonra isə fotolar yenidən gündəmə gəlib.
Kral ailəsi tərəfindən birmənalı qarşılanmayan aktrisa daha öncə evlənib və 2013-cü ildə boşanıb.
"Suits" serialında canlandırdığı Reyçl obrazı ilə məşhurlaşan Merkl bir sıra sosial layihələrə imza atıb. Son olaraq isə, 2016-cı ildə o, Ruanda Respublikasında əhalinin içməli su ilə təmin olunması layihəsinə rəhbərlik edib.
Qeyd edək ki, noyabrın 8-də Kensinqton sarayı aktrisanın şahzadə ilə münasibətdə olduğunu rəsmən təsdiqləyib.