İndoneziya səfiri iqamətgahında “Azərbaycan-İndoneziya Dostluq Gecəsi” adlı tədbir keçirilib.
Axşam.az-ın məlumatına görə, tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Mərasimdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fanani və xanımı, eləcə də modelyer Gülnarə Xəlilova, bəstəkar Aygün Səmədzadə, aparıcı Vaqif Aydınoğlu, Fəxriyyə Lilpar, əməkdar artist Aybəniz Haşımova, Azərbaycan ordusunun zabiti Ramil Səfərov və başqaları iştirak edib.