Murad Boz Bakıda - fotolar+yenilənib

Murad Boz Bakıda -  fotolar+yenilənib
5924 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Murad Boz bu gün Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, ifaçı rol aldığı “Dönerse senindir” filminin qala gecəsinə qatılıb.

Murad Bakıya növbəti dəfə gəlməkdən məmnun olduğunu bildirib:

"Bakını çox sevirəm. İkinci filmimizin təqdimatı üçün Bakıya gəldik. Film sevgidən bəhs edir. İnanıram ki, xoşunuza gələcək. Hər şey üçün təşəkkür edirəm".

Nizami Kino Mərkəzində baş tutacaq tədbirdə M.Bozun filmdəki tərəf müqabilləri İrem Sak və Yasemin Allen də iştirak ediblər.

Xatırladaq ki, müğənni 2014-cü ildə iki dəfə Bakıda qonaq olub.