Türkiyəli müğənni Murad Boz rol aldığı “Dönerse senindir” filminin qala gecəsində iştirak etmək üçün Bakıya gəlib.
Axşam.az xəbər verir ki, ifaçı film nümayişindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Müğənni aktyorluq fəaliyyətindən danışıb:
“Kariyeramda filmin də olmasını istəyirdim. Çünki filmləri çox sevirəm və hər zaman kinoteatrlarda izləyirəm. Bir dəfə filmə çəkildim, beləcə, davamı gəldi. Amma mənim əsl işim mahnı oxumaqdır. Çox vaxt komediya janrında olan filmlərdə çəkilmişəm. Bu dəfə dramatik bir rolu canlandırdım, bir az çətinlik çəkdim”.
"Filmdə öpüşmə səhnələri var idi. Sevgiliniz (Aslı Enver - red.) qısqanmadı" sualına Murad belə cavab verib:
"Biz normal öpüşmürdük (gülür). Yanağımdan öpüb...".
Sevgidən danışan Boz “Qadınlar qədər kişilər də sevgi acısı çəkir. “Dönerse senindir”də canlandırdığım Mehmet obrazı da onun göstəricisidir. Əgər həyatda o vəziyyətdə olub, depressiyaya düşsəydim, həmin an Sezen Aksunun mahnılarını dinləməzdim” deyə, bildirib.
Murad Boz daha sonra qalacağı otelə getmək üçün ayrılan avtomobilə minib. Həmin an sevənləri ifaçıya hücum edib. Mühafizəçilərin köməkliyi ilə sənətçi güclə maşına otura bilib.
Foto: Ramin ASLANOV