"Menekşe ile Halil", "Yaprak dökümü", "Ezel" kimi seriallarda rol alan Sedef Avcı "Parents" jurnalının yanvar sayına qonaq olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, 3 yaşlı oğlu Canla birgə kamera qarşısına keçib.
Aktyor Kıvanç Kasabalı ilə evli olan Sedef uşağın ailəni möhkəmləndirdiyini bildirib:
"Uşaq evliliyi möhkəmləndirir, amma doğru idarə edə bilsən. Yaxşı idarə etməsən, evliliyi yox da edə bilər. Uşaq ilk planda olur, amma ər və arvad bir-birini unutmamalı, dəstək olmalıdır".
Aktrisa ikinci uşaqla bağlı verilən suala isə belə cavab verib:
"Hazırda belə fikrimiz yoxdur. Dünya çox təhlükəli olmağa başlayıb. Canı necə etibarlı şəraitdə böyüdəcəyik deyə, qayğılarımız artıb".
Qeyd edək ki, S.Avcı Kanal D-də yaymlanacaq "Evlat kokusu" adlı serialla ekranlara dönməyə hazırlaşır.