Müğənnilər idmançılar üçün bir araya gəldilər - fotolar
Ölkə
10:39 / 07.01.17
3807dəfə oxunub
A-
A
A+
Heydər Əliyev Sarayında olimpiya oyunlarında medal qazanan idmançılarımıza dəstək məqsədilə xeyriyyə konserti keçirilib.
Axşam.az xəbər verir ki, səhnəyə ilk olaraq əməkdar artist Xəyyam Mustafazadə çıxaraq, Müslüm Maqomayevin “Azərbaycan” mahnısını oxuyub.
Konsertdə gənc muğam ifaçıları ilə yanaşı əməkdar artist Ədalət Şükürov, müğənnilər Sevil və Sevinc Səfərovalar, Elvin Abdullayev, Niyam Salami və başqaları çıxış edib.
Xeyriyyə tədbirinin əsas məqsədi 2015-ci ildə keçirilən ilk Avropa oyunlarında və Rio 2016 Olimpiadasında qızıl, gümüş və bürünc medal qazanan idmançılarımızın portretlərinin xalça üzərində toxunulmasına dəstək verməkdir.