Müğənnilər Sevil və Sevinc Səfərova bacıları Heydər Əliyev Sarayında baş tutan konsertdə səhnəyə çıxıblar.
Axşam.az-ın məlumatına görə, qara və qısa libas geyinən əkizlər mahnılar səsləndiriblər.
Bir neçə gündür aparıcısı olduqları “Hər şey daxil” verilişində görünməyən Sevil və Sevinc bildirib ki, həftənin bazar ertəsi proqrama qayıdacaqlar. Onlar atalarının ölüm ildönümü ilə əlaqədəar efirə çıxmadıqlarını deyiblər.