Bu yaxınlarda 31 yaşı tamam olan müğənni Emil Bədəlov hədiyyələrindən danışıb.
Axşam.az-a açıqlama verən ifaçı bildirib ki, ən özəl hədiyyəni bacısının qızından alıb:
“Mənə maraqlı məktub yazmışdı, çox xoşuma gəldi”.
E.Bədəlov ikinci dəfə ata olacağını söyləyib:
“Qismət olsa, yayda dünyaya gələcək. Mənim üçün fərqi yoxdur, qız və ya oğlan. Əsas sağlam övlad olsun".
Qeyd edək ki, E.Bədəlov xalq artisti Firuz Əliyevin qızı Xanımla ailə qurub. Cütlüyün bir qız övladı var.
Foto: Ramin ASLANOV