Türkiyəli müğənni Ayla Çelik Bakı səfəri çərçivəsində şəhər gəzintisinə çıxıb.
Axşam.az-ın məlumatına görə, Dağısüstü parkı, daha sonra İçərişəhəri gəzən ifaçı milli yeməklərimizdən dadıb.
106.3 FM-in dəvəti ilə paytaxtımıza gələn Ayla Çelik bunun Bakıya üçüncü səfəri olduğunu deyib:
“Bakıdan bir çox hədiyyə və iki kiloqram artıq çəki ilə qayıdacam. Bura mənim öz vətənimdir. İnsanların gözünün içi gülür. Çox gözəl bir ölkədir. Buraya ölkəmiz deyə bilərəm. Getdiyimiz hər yerdə adamı o qədər xoş qarşılayırlar ki... Mənim üçün əsas da budur”.
Müğənni paytaxtımızı sevgilisi Barbaros Utku ilə birlikdə gəlib. Gəzintidən sonra Ayla Kazım Sübhanın verilişində qonaq olub.
Foto: Ramin ASLANOV