Röya, Elnarə və Natavan yenidən bir arada - Video
Eks “W-trio” qrupunun üzvləri illər sonra yenidən bir araya gəlib.
Axşam.az-ın məlumatına görə, müğənnilər Röya, Elnarə və Natavanı birləşdirən ATV telekanalında yayımlanan “Onlar” maqazin verilişinin himni olub. Sözləri və musiqisi Murad Arifə, aranjimanı reper Cinə məxsus “Onlar” bəstəsini eks “W-trioçular”dan əlavə, xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Abbas Bağırov, müğənnilər Sevda Yahyayeva, Elnur Məmmədov, Eldar Qasımov və reper Cin ifa edib.
Maqazin verilişləri arasında ilk dəfə himn yazdıran “Onlar”ın duetini təqdim edirik.