Əməliyyatdan sonra 10 kiloqram arıqlayan Fatimədən fotosessiya

Əməliyyatdan sonra 10 kiloqram arıqlayan Fatimədən  fotosessiya
16731 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl plastik əməliyyatla özünü arıqladan rəqqasə Fatimə Fətəliyeva yeni fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, sənətçi bildirib ki, əməliyyatdan sonra 10 kiloqram çəki atıb:

"Son vaxtlar bir çox yaradıcı təkliflər aldım. Əməliyyatdan sonra bədənimdə olan şişlər çəkilmədiyinə görə, əksər təkliflərə yox dedim. Hətta şəkillər çəkdirməyə də risk etmirdim. Amma şeytanın qıçını qırıb, fotokameralar önünə keçdim. Hələ bir neçə kiloqram da arıqlamaq niyyətindəyəm”.

F.Fətəliyeva “Gəlinim” adlı yeni mahnı oxuduğunu deyib:

"Müğənni deyiləm. Sadəcə qadın məclislərinə dəvət aldığım zaman mahnılar da oxuyuram. Bu bir hobbidir. 2017-ci ildə yeni bir layihəm işıq üzü görəcək. Adını indidən açıqlamayım. Bircə onu deyə bilərəm ki, bunu hələ Azərbaycanda heç kim etməyib".