Şou-biznes əhli izləniləcək - Video
ATV-nin ən reytinqli maqazin verilişi “Onlar” bundan sonra yeni formatda və fərqli süjetlərlə tamaşaçıların görüşünə gələcək.
Axşam.az-ın məlumatına görə, şou-əhlini getdiyi hər yerdə izləyəcək “Onlar” yeni mövsümdə də iddialı xəbərlərlə maqazin gündəmini alt-üst edəcək. Proqramın yeni video çarxı xüsusilə böyük maraq doğurur. Çarxda şou-biznes nümayəndələrinin bundan sonra daim diqqətdə olacağı vurğulanıb. Ekran işinin rejissoru Rauf Ocaqverdiyev, operatoru isə Elvin Əhmədoğludur.
Qeyd edək ki, "Onlar" hər həftənin çərşənbə axşamı, saat 22:00-da yayımlanır.