Şahrux Xanın fanatları ilə görüşdə faciə - fotolar

Şahrux Xanın fanatları ilə görüşdə faciə - fotolar
5015 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanın məşhur aktyoru Şahrux Xan yeni filminin təqdimatı Qucarat ştatının Vadodara şəhərində fanatları ilə görüşüb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, vağzalda keçirilən görüşdə böyük izdiham yaşanıb. Şahrux qatardan düşmədən fanatlarına əl yelləyib. Qatar çıxışa doğru hərəkət edərkən fanat kütləsi də onun ardıyca gedib və basırıqlıq yaranıb.

Nəticədə fanatlardan biri sıxlıqda nəfəs çatışmazlığından dünyasını dəyişib, digər fanat isə əzilib.

52 yaşlı "Bollivud kralı" ölən şəxsin ailəsinə başsağlığı verib.