Məşhur "Klon" serialında "Maysa Ferraz" obrazını canlandıran Daniela Eskobar İnstaqramın da aktiv istifadəçilərindəndir.
Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl 48 yaşı tamam olan braziliyalı aktrisa aktiv olaraq film və seriallarda rol alır.
O, 1995-ci ildə rejissor Jayme Monjardimə ərə gedib. 2003-cü ildə cütlük ayrılıb. Onların bu evlilikdən bir oğulları var. J.Monjardim həm də "Klon" teleserialının rejissoru olub. Daniela 2009-cu ildə biznesmen Marselo Uoelinerlə ailə qurub, ötən il isə onlar boşanıblar.