Madonna övladlığa daha iki uşaq götürür

Madonna övladlığa daha iki uşaq götürür
1769 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Madonna Cənubi Afrikada yerləşən Malavi Respublikasından iki uşağı övladlığa götürmək istəyir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, artıq müğənni ərziyə ilə Malavi məhkəməsinə müraciət edib. Hazırda dövlət uşaqların verilib-verilməməsi ilə bağlı qərar qəbul edir. Cavablar bir həftədən sonra açıqlanacaq. Amma qərb mətbuatı böyük ehtimalla uşaqların ifaçıya veriləcəyi bildirir.

Qeyd edək ki, Madonna bundan əvvəl adıçəkilən ölkədən 2008-ci ildə Devid Banda adlı bir oğlan, 2009-cu ildə Mersi Ceyms adlı bir qızı götürüb saxlayır. Müğənninin özünün isə Ludres adlı qızı, Rokko adlı oğlu var.