"Möhtəşəm yüz il"i unutduracaq serial başlayır - fotolar
Dünya
10:28 / 26.01.17
12055dəfə oxunub
A-
A
A+
Osmanlı İmperatorluğununun "Ulu Hakan" adıyla tanınan sultanı Əbdülhəmid Xanın həyatından bəhs edən serial başlayır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Payitaht Abdülhamid" serialının rejissoru "Kurtlar Vadisi"ni də bir müddət çəkən Serdar Akardır.
Ekran işinin baş rolunda isə son olaraq "Babam ve ailesi" və "Son destan" layihələrində yer alan Bülnet İnal çəkilib.
Serialın "Möhtəşəm yüz il"ə əsas rəqib olacağı və onun unutduracağı deyilir. "Payitaht Abdülhamid" TRT1-də yayımlanacaq.