Model Ebru Şallı keçmiş əri, iş adamı Harun Tanla tətilə çıxıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 11 il evli qaldıqdan sonra 2013-cü ildə boşanan cütlük uşaqları Beren və Parsa görə bir araya gəliblər.
İsveçrənin qarlı dağlarında əylənən Ebru ailəvi fotoları sosial şəbəkədə paylaşıb.