İllərlə dəyişən Aygün Kazımova - fotolar

İllərlə dəyişən Aygün Kazımova -  fotolar
5281 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, bu gün xalq artisti Aygün Kazımovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, müğənninin 46 yaşı tamam olur.

A.Kazımova özəl gününü bu gün təmtəraqlı şəkildə qeyd edəcək. Şəhər restoranlarından birində baş tutacaq məclisə sənət aləminin bir çox tanlnmış siması dəvət olunub. Tez-tez imicini dəyişən müğənni bu dəfə də görünüşündə dəyişiklik edib.

A.Kazımovanın illər ərzində olan fərqli görünüşdə fotolarını təqdim edirik.

Qeyd edək ki, A.Kazımova 1971-ci ildə Bakıda anadan olub. 1988-ci ildə "Bakı Payızı" yarışmasında birinci yeri qazanlb. Buna qədər isə o, "Ozan" və "Aypara" qruplarında çıxış edib. 1989-1990-cı illərdə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilən beynəlxalq yarışmaların iştirakçısı olub. Bir sıra xarici ölkələrdə konsertlər verib. 2016-cı ildə Almaniyanın Hamburq şəhərində keçirilen "DAF BAMA Music Awards"ın mükafatçılarından olub.