"Keyxanım"ın kürək dekolteli libası - fotolar

"Keyxanım"ın kürək dekolteli libası -  fotolar
12795 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ülviyyə Əliyeva kinoteatrda görüntülənib.

Axşam.az-ın məlumatına görə, qala gecəyə qatılan "Keyxanım" ləqəbli aktrisa kürək dekolteli libası ilə diqqət çəkib.

Yaradıcılığından danışan Ü.Əliyeva yeni filmə çəkildiyini deyib:

"Fevralın 15-də qala gecəmiz var. Yeni bir filmdə baş rolda çəkilmişəm. Filmin rejissoru Sankt-Peterburqda yaşayan Səidə Haqverdiyeva adlı tələbədir. Ekran işini festivallara göndərəcəklər. Filmi 5 gün içində çəkdik, amma gözəl alındı. 1990-cı illərdən bəhs edir. Səyyad Əlizadənin mahnıları, “atvyorka” ilə saç burmaq, kasetli maqnetafona qulaq asma görmək istəyənlər filmimizə baxmağa gələrlər”.

Foto: Ramin ASLANOV