ATV-nin aparıcısı Mətanət Əliverdiyeva təqdimat mərasimlərindən birinə qatılıb.
Axşam.az-ın məlumatına görə, aparıcı yaşıl rəngli kirpikləri və linzası ilə diqqət çəkib.
M.Əliverdiyeva açıqlamasında aparıcısı olduğu “5 gəlin” proqramından danışıb. O bildirib ki, veriliş istədiyi kimi reytinq verir:
“Əsl xanımlar üçün olan verilişidir. Hətta kişilər də qoşulmaq istəyir. Bu yaxınlarda bir nəfər mənə deyir ki, kişilər üçün belə bir layihə nə vaxt edirsiniz? Hələ belə düşüncəmiz yoxdur. Yeni mövsümdə proqramda dəyişikliklər edib, daha böyük formatda təqdim edəcəyik”.