Türkiyəli futbolçu Caner Erkin bir müddət əvvəl İtaliyada evləndiyi aktrisa Şükran Ovalıya maraqlı jest edib.
Axşam.az-ın "Posta"ya istinadən məlumatına görə, o, xanımının adına uyğun maşın nömrəsi alıb. Maşın nömrəsində Şükran sözünün son "RAN" yazısı var.
Cütlük ötən gecə restoranlardan birindən çıxarkən "Ran" nömrəli avtomobil ilə görüntülənib.
Qeyd edək ki, bundan əvvəl Caner keçmiş həyat yoldaşı Asena Atalay üçün də həmin addımı atmışdı. Nömrədə "ASE" yazısı olan iki avtomobili həyat yoldaşına hədiyyə etmişdi.