Müğənni Demet Akalın keçmiş model Ebru Destan ilə kafelərdən birindən çıxarkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Demet Ebruya dəstək olmaq üçün onunla bir araya gəldiyini bildirib:
"Destan indi çox çətin zaman keçirir. Biz də ona dəstək olmağa çalışırıq. Ebrunun boşanmağının səbəblərini də bilirəm. Amma bura danışmaq üçün yeri deyil".
Qeyd edək ki, E.Destan bu yaxınlarda həyat yoldaşı Mete Okay İnandan ayrılıb. Onların bu evlilikdən iki övladı var.