"Bu, mənim qərarımı alt-üst edər" - Dilarə

"Bu, mənim qərarımı alt-üst edər" -  Dilarə
3686 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Dilarə Əliyeva yeni rol aldığı “Hoqqa” filmindəki obrazından danışıb.

Axşam.az xəbər verir ki, aktrisa buradakı obrazının “Məhəllə”dəki Məhəbbətə bənzədilməsinə münasibət bildirib:

“Bunu özüm bilərəkdən etmişəm. Tamaşaçılar nəinki Məhəbbəti, burada hətta “Çal-çağır”dakı Dilarəni, “Gəlinlər”dəki Xavəri də görəcəklər. Burada bir neçə obrazımı “kollaj” etmişəm. Amma yenilik də var”.

D.Əliyeva aparıcılıqdan uzaqlaşdığını da deyib:

“Yenidən aparıcılıq etməyi düşünmürəm. Amma maraqlı layihə olsa, mənim bu qərarımı alt-üst edə bilər. Hələ bu sahəyə qayıtmağı arzulamıram".