Müğənni Manaf Ağayev yeni fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, şəkilləri yeni layihəsi ilə əlaqədar lentə aldırıb:
“Şəkil çəkdirməyi elə də sevmirəm. Amma dövrün tələbləri ilə uyğunlaşmağa çalışıram. 2017-ci ildə yaradıcılığımda bir sıra yeniliklər edəcəm. Bu şəkilləri də həmin layihə üçün çəkdirdik. Fotoqraf Fuad Şahverdiyevin lentə aldığı şəkilləri özüm də bəyəndim”.