“Günay” Uşaq Teatrının R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Şelkunçik və siçanlar kralı” nağılı əsasında hazırlanan “Şelkunçik” tamaşasının premyerası olub.
Axşam.az xəbər verir ki, tamaşada əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərli də rol alıb.
Nəvəsini izləməyə yollanan müğənni Tuncaya hər tamaşadan əvvəl dəstək olduğunu bildirib:
“Tuncayın istedadı var. Buna görə də onu teatra cəlb elədik. Artıq tamaşalarda rol alır. Bu dəfə pələng obrazında idi. Teatrın bədii rəhbəri Larisa Tarusova hər bir uşağa öz övladı kimi yanaşır. İnşallah bu tamaşadan sonra balaca aktyorlarımız Xocalı faciəsini əks etdirən tamaşaya hazırlaşacaqlar. Tuncay da istedadını nümayiş etdirəcək”.