Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev “Ağanatiq” filminin təqdimat mərasiminə qatılıb.
Axşam.az-ın məlumatına görə, M.Quliyev tədbirdə olimpiya çempionu Elnur Məmmədli ilə iştirak edib.
Qeyd edək ki, "Ağanatiq” filmi “Planeta parni iz Baku” komandası tərəfindən lentə alınıb.
Ekran işində əməkdar artistlər Tünzalə Ağayeva, Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə, aktyorlar Azər Məmmədzadə, Emil Abbasov, Mirsalam Mirsalamov, bəstəkar Elçin İmanov və başqaları rol alıb.
Komediya janrında olan film fevralın 1-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.