“Eurovision 2009” təmsilçimiz Aysel Teymurzadə və həyat yoldaşı Murad Adıgözəlov qala gecədə iştirak ediblər. Axşam.az-ın məlumatına görə, cütlük “Ağanatiq” kinokomediyasının ilk nümayişini izləyib.
Qeyd edək ki, Aysel Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla 2013-cü ildə ailə qurub. Həmin vaxtdan səhnədən uzaqlaşan keçmiş ifaçının 3 övladı var.