Bir vaxtların məşhur aktyoru indi iş axtarır - fotolar

Bir vaxtların məşhur aktyoru indi iş axtarır - fotolar
6347 dəfə oxunub
  • A-
  • A
  • A+

Alkoqol asılılığı üzündən 2013-cü ildə sağ ayağını itirən tanınmış aktyor Yalçın Menteşdən xəbər var.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun müalicəsi bu yaxınlarda bitəcək.
 
5 ildən çox ekranlardan uzaq düşən Yalçın yenidən teatra, filmlərə, seriallara qayıtmaq istəyini bildirib:

“Artıq işləmək istəyirəm. Maddi durumumuz da bir o qədər yaxşı deyil. Həkimim deyir ki, yaxın günlərdə kömək olmadan tək başıma gəzə biləcəm. Səhnə, kameralar, hər şey üçün darıxmışam...”.