Əməkdar artist Cabir İmanovun “Ağanatiq” filminin qala gecəsi baş tutub.
Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan tədbirdə tanınmış simalar da iştirak edib.
Filmin ssenari müəllifi əməkdar artist Tahir İmanovdur. Ekran işində əməkdar artistlər Cabir İmanov, Tahir İmanov, Bəhram Bağırzadə, Tünzalə Ağayeva, aktyorlar Emil Abbasov, Azər Məmmədzadə və başqaları çəkilib.
Filmdə mahnını əməkdar artist Eyyub Yaqubov səsləndirib. Komediya janrında olan “Ağanatiq” bu gündən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Foto: Nəriman İSMAYILOV