Tofiq Quliyevin xatirə gecəsi keçirildi - fotolar

Tofiq Quliyevin xatirə gecəsi keçirildi -  fotolar
2441 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan "Könül nəğmələri" adlı gecədə bəstəkarın mahnıları səsləndirilib.

Aparıcılığını Nərgiz Cəlilovanın etdiyi konsertdə xalq artistləri Samir Cəfərov, Brilliant Dadaşova, Ənvər Sadıqov, əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Fuad Musayev, Emiliya Yaqubova səhnəyə çıxıb. 

Səhnədə müğənniləri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.

Foto: Nəriman İSMAYILOV