Xalq artisti Zülfiyyə Xanbabayeva “Ağanatiq” filminin qala gecəsinə qatılıb.
Axşam.az-ın məlumatına görə, müğənni media nümayəndələrinə açıqlama verib.
O, uzun müddətdir gündəmdən uzaq qalmasından danışıb:
“Hər zaman belə olmuşam, birinci dəfə deyil ki... Televiziya, media məni diqqətdən kənar qoymayıb. 30 ildir səhnədəyəm, hər zaman kənarda dayanmışam. Amma yəqin ki, Novruz bayramı ərəfəsində verilişlərə qatılacam. Tahir və Cabir İmanovla neçə illərin dostuyuq. Ona görə də onların dəvətini qəbul edib, qalaya gəlmişəm”.
Z.Xanbabayeva aktrisalıq qabiliyyəti olduğunu deyib:
“Bunu bir çoxları bilir. Amma bu qabiliyyəti göstərməyi düşünmürəm, yəqin elə mənimlə də gedəcək. Kompleksim var, üzə çıxarda bilmirəm. Ancaq evdəkilər üçün bunu edə bilərəm”.
Qızı Dənizdən danışam müğənni “Dəniz böyük qız olub. Qabiliyyətli, istedadlı qızdır. Hansı peşəni seçəcəksə, mane olmayacam. İşinin peşəkarı olsun. Onu nəyə isə məcbur edə bilmərəm" deyə, bildirib.