"Eşkıya Dünyaya Hükümdar Olmaz"ın aktrisası Dəniz Çakır dostları ilə bir məkandan çıxarkən görüntülənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, fotolarının çəkilməsindən narahat olan aktrisa müxbirlərə əsəbiləşərək "nə etdiyinizi düşünürsünüz?" deyib.
D.Çakırın yanındakı oğlanın kimliyi isə gizli qalıb. İddialara görə, naməlum gənc aktrisanın yeni sevgilisidir.