Azərbaycanın tanınmış teleaparıcısı İlham Mirzəyev İstanbulda gecə klubundan çıxarkən Star TV-nin kameralarına yaxalanıb.
Axşam.az anspress-ə istinadən xəbər verir ki, teleaparıcı Türkiyənin məşhur komediya ustası Şafak Sezerle birlikdə görüntülənib.
İki məşhur gecə klubunda vaxt keçirdikdən sonra məkanı tərk edərkən maqazin jurnalistlərinin diqqətindən yayınmayıblar. Hər iki tanınmış sima ötən həftə Türkiyənin ən reytinqli maqazin proqramı “Starlife”da maraqlı zarafatları ilə yadda qalıblar.
Həmin görüntüləri sizə təqdim edirik.